Festivallar » Qadın Liderləri Zirvəsi 2026 | İcmal video
Tarix : 2026-03-17 16:04:14 | Baxılıb : 4

Ölkəmizdə ikinci dəfə təşkil olunan Qadın Liderləri Zirvəsi 7 mart tarixində Gülüstan sarayında baş tutdu. Zirvə çərçivəsində müxtəlif sahələri təmsil edən lider qadınlar forumda iştirak edərək həm öz təcrübələrini bölüşdü, həm də iştirakçılar üçün maraqlı müzakirələrə imza atdı. “Cəhalətdən cəmiyyətə” konsept mesajı ilə keçirilən tədbir, 400+ mütəxəssis, lider və yenilikçi qadınları bir araya gətirdi. Gün boyu davam edən panel müzakirələrində müxtəlif sahələrdən olan spikerlər çıxış edərək yalnız şəxsi uğur hekayələrini deyil, eyni zamanda cəmiyyətin inkişafına təsir edən real problemləri, onların həll yollarını və gələcək perspektivləri iştirakçılarla bölüşdülər. Zirvə, bu il qadın liderliyini təşviq edən bir platforma olmaqla yanaşı, eyni zamanda cəhalətin yaratdığı məhdudiyyətləri aşaraq daha inklüziv, bərabər və davamlı cəmiyyətin qurulmasına töhfə verən mühüm bir təşəbbüs kimi çıxış etdi. Çünki inanırıq ki, güclü və dayanıqlı gələcək yalnız maarifli fərdlər və düşünən cəmiyyət üzərində qurula bilər.

Bu bölməyə aid digər videolar