Festivallar » Milli İnsan Resursları Forumu 2026 | İcmal video
Tarix : 2026-05-19 12:38:40 | Baxılıb : 4

Əmək bazarının dəyişən dinamikasını, yeni dövrün çağırışlarını və gələcəyin idarəetmə yanaşmalarını bir platformada birləşdirən Milli İnsan Resursları Forumu yenidən HR dünyasının diqqət mərkəzinə çevrildi. Facemarkın təşkilatçılığı ilə baş tutan sayca 115-ci forum Bakıda sahənin peşəkarlarını, şirkət rəhbərlərini, HR mütəxəssislərini və gələcəyin liderlərini “Yeni Reallıq” konsepti ətrafında bir araya gətirdi. Forum boyunca iştirakçılar müasir iş dünyasında baş verən dəyişimləri daha yaxından analiz etmək, yeni yanaşmaları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə etdilər. Proqram çərçivəsində keçirilən panellər həm aktuallığı, həm də praktiki baxış bucaqları ilə böyük maraq doğurdu.

Bu bölməyə aid digər videolar