Biznes dünyasının aparıcı simalarını, sahibkarları, şirkət rəhbərlərini və gələcəyin liderlərini bir araya gətirən Biznes Liderləri Zirvəsi uğurla yekunlaşdı. Zirvə ərzində iştirakçılar liderlik, marketinq, brend idarəçiliyi, süni intellekt, rəqəmsal dəyişim, istehlakçı davranışları və müasir biznes yanaşmaları kimi aktual mövzular üzrə dəyərli çıxışları dinləmək, real təcrübələrlə tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Tədbir yalnız yeni biliklərin paylaşılması ilə deyil, eyni zamanda fərqli sahələrdən olan peşəkarlar arasında yeni əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının yaranması və biznes mühitində faydalı dialoqların formalaşması ilə də yadda qaldı.