İnteryer və Memarlıq Forumu uğurla yekunlaşdı! ✨ Sahənin aparıcı mütəxəssislərini, memarları, dizaynerləri və sektor nümayəndələrini bir araya gətirən İMFORUM bu il də ilhamverici çıxışlar, innovativ ideyalar və dəyərli müzakirələrlə yadda qaldı. Forum çərçivəsində müasir memarlıq yanaşmaları, interyer dizaynında yeni trendlər, funksional məkan həlləri və sektorun gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. İştirakçılar həm peşəkar biliklərini artırmaq, həm də yeni əməkdaşlıqlar qurmaq imkanı əldə etdilər. Bu möhtəşəm günün ərsəyə gəlməsində əməyi keçən bütün spikerlərimizə, tərəfdaşlarımıza, dəstəkçilərimizə və iştirakçılarımıza təşəkkür edirik. ???? Forumun unudulmaz anlarını əks etdirən icmal videosunu təqdim edirik!