Sir Richard Charles Nicholas Branson – Riçard Brenson (18 iyul 1950 Blackheath, Böyük London, İngiltərə) ingilis investor, iş adamı, 350-dən çox şirkəti olan Virgin şirkətlər qrupunun CEO-su və İdarə Heyətinin sədridir. Virgin markası adı altında radio, havayolu, içki, kino, gəlinlik, kosmetika, kitab evi, bank, qaz, elektrik, avtomobil, elektronika və s. kimi sektorlarda fəaliyyət göstərir. Kimlərinin “çılğın iş adamı”, kimlərinin də “möhtəşəm marketoloq” adlandırdığı Bransonun ilk ticari uğuru hələ 16 yaşında ikən Student adlı jurnalı ilə olub. 1971-ci ildə isə bu gün dünyada qlobal səviyyədə məşhurlaşan Virgin Megastore şəbəkəsinin ilk mağazasını açıb. Göstəriş və rəqabətə söykənən stil və satış strategiyası ilə Virgin markası 1980-ci illərdə sürətli bir şəkildə böyüyüb. Bu şəkildə eyni strategiya ilə Virgin Atlantic Airways adı ilə hava yolu şirkəti və Virgin Records musiqi şirkətini böyüdüb. Bu gün təxminlərə görə, Richard Bransonun şəxsi sərvətinin həcmi 4,7 milyard dollardır. 2014, 2017 və 2018-ci ildə şəxsi sərvəti ən yüksək səviyyəyə 5 milyard dollara çatıb. 2020-ci ildə isə sərvəti son 10 ilin ən aşağı səviyyəsinə 3,4 milyard dollara düşüb. Forbes-in milyarderlər siyahısında 589-cudur. Əlbəttə, bu gün o şəxsi sərvətinə görə, Virgin Atlantic və Virgin Galactic-in də daxil olduğu Virgin şirkətlər qrupuna borcludur. Vəkil və stüardessa oğlu olan Branson biznesə 50 il öncə başlayıb.