Gündəm » Martin Luther King kim idi?: Onun qatilini hansı aqibət gözlədi?
Tarix : 2021-05-29 13:47:00 | Baxılıb : 277

Martin Luther King 15 yanvar 1929-cu ıldə ABŞ-da doğulub. 4 aprel 1968-ci ildə isə vəfat edib. Sosioloq, din xadimi, siyasi fəal olub. Şiddətə qarşı və irqi bərabərlik baxışları ilə tanınır. Mahatma Gandh-ni özünə nümunə götürürdü və son ana qədər məqsədindən geri dönmədi. 1964-cü ildə Nobel Sülh Mükafatını, Konqresin Qızıl Medalını qazandı və ölümündən 9 il sonra 1977-ci ildə ABŞ-ın keçmiş prizdenti Jimmy Carter tərəfindən Azadlıq Mükafatına layiq görüldü və onun şərəfinə “Martin Luther King” günü qeyd edilməyə başlandı. Martin Luther King günü 1971-ci ildən etibarən ABŞ-ın şəhər və əyalətlərində tətil kimi keçirilir. Yanvar ayının üçüncü bazar ertəsi günü “Milli Martin Luther” günü elan edildi və qaradərili siyasi fəal, həm Amerika, həm də dünya tarixində iz qoyan şəxslərdən biri oldu. ABŞ-da yüzlərlə küçənin adı onun adı ilə əvəz edildi. Ölümündən beş gün sonra ABŞ prezdenti ölkədə matəm elan etdi. Təxminən 300 000 min insanın iştirakı ilə bir cənazə mərasimi təşkil edildi. 1 dəfə evlənib 4 uşağı var. King qaradərililərin seçki hüququ, ayrıseçkiliyə yol verilməməsi, işçilərin hüquqları və digər əsas mülki hüquqlar üçün yürüşlərə qatıldı və rəhbərlik etdi. Son illərdə diqqətini genişləndirərək yoxsulluq, kapitalizm və Vyetnam müharibəsinə yönləndirdi.


comments powered by Disqus

Bu bölməyə aid digər videolar