Gündəm » Marketinq Azərbaycan qrupunun 3 illiyinə həsr edilmiş qısa video çarx
Tarix : 2015-01-11 23:39:02 | Baxılıb : 1994

Bu il bizim qrupumuzun yaranmasının 3 ili tamam oldu. Artıq 3 ildir ki, bu qrup Azərbaycanda marketinq sahəsində baş verən yeniliklərin episentri rolunu oynayır. Qrupun bu 3 il ərzində 20-dək fərqli aspektdə görüşləri, tədbirləri olub. Bu tədbirlərlə yüzlərlə adam qatılıb, yüzlərlə insan faydalanıb. Qapalı olan qrupumuzda hazırda 6200 üzv 800-dən çox şirkəti təmsil edir. Bütün bunları 3 ilə sığışdıra bilən qrupumuzun 3 yaşını ilk dəfə fərqli formatda qeyd etmək istəyirik. Bu həm 3 yaşımız, həm də qrup üzvlərinin bir-birini daha yaxından tanıya bilməsi üçün keçirilən tədbirdir. Ümumiyyətlə sektor adamlarının tez-tez görüşməsində faydadan başqa heç nə yoxdur, hər yeni görüş yeni ideyalar, yeni tanışlıqlar, bazara yeni nəfəslərin gəlməsi deməkdir. 


comments powered by Disqus

Bu bölməyə aid digər videolar