Gündəm » Digital 2021: Dünya və Azərbaycanda rəqəmsal vəziyyət ilə bağlı son analiz
Tarix : 2021-05-29 13:44:02 | Baxılıb : 327

We are Social və Hootsuite şirkətləri ilə ortaq şəkildə nəşr olunan hesabatlar, texnologiyanın son bir ildə insanların həyatının daha da vacib bir hissəsinəçevrildiyini ortaya çıxardır. Son 12 ayda sosial media, e-ticarət və video oyunlar əhəmiyyətli dərəcədə artıb. 2021-ci ilin əvvəlində dünya əhalisi 7,83 milyard idi. Bu əhalinin 5.22 milyardı, təxminən 66.6%-i 1 mobil telefon istifadə edir. 2021-ci ilin yanvarında dünyada 4.66 milyard insan internetdən istifadə edir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 316 milyon 7.3% çoxdur. Hazırda dünyada 4.20 milyard sosial media istifadəçisi var. Bu rəqəm son 12 ayda 490 milyon artaraq illik 13%-dən çox artıb. Sosial media istifadəçilərinin sayı hazırda dünya əhalisinin 53%-dən çoxuna bərabərdir. 2020-ci il ərzində orta hesabla hər gün 1,3 milyondan çox yeni istifadəçi sosial mediaya qoşulub ki, bu da saniyədə 15 yeni istifadəçiyə bərabərdir.


comments powered by Disqus

Bu bölməyə aid digər videolar