Pandemiya, iqtisadi durğunluq və qlobal xaosun ortasında yumora yer var? Çətin zamanlar səbəbilə brendlər daha ciddi davranmalıdır, yoxsa bu ağır günləri gülə-gülə ötürməliyik? “Walkers”in marketinq direktoru Fernando Kahenə əsasən, reklam sahəsində əyləncəli yanaşma müasir həyatın təzyiqlərindən uzaqlaşmağa kömək edir: “Pandemiya ərzində yumor və əyləncənin həyatımızdakı yeri azaldı. Ancaq “ağır zamanlar ağır brendlər tələb edir” fikrinə qarşı çıxmaq lazımdır”. Facemark.az “Marketing Week”in “Brendlər və yumor” mövzusunda paylaşdığı fikirləri təqdim edir.