Clara Zetkin 5 iyul 1857-ci ildə Almanyada doğulub. 20 iyun 1933-cü ildə isə Rusiyada vəfat edib. İnqilabçı, sosialist, Alman siyasətçi və qadın hüquqları müdafiəçisi olub. 1917-ci ilə qədər Alman Sosial Demokrat Partiyasında çalışıb. Daha sonra Almaniyanın Müstəqil Sosial Demokrat Partiyasına (USDP) qatılıb və 1919-cu ildə Almaniya Kommunist Partiyası (KDP) olan Spartakusbund-un qurucularından biri olub. 1878-ci ildə Alman Sosialist Partiyasına (SAP) qatılıb. Sosialist hərəkat qadağan edildikdən sonra Sürix daha sonra Parisə sürgün olunub. 1910-cu ildə Danimarka, Kopenhagendəki İkinci Sosialist İnteqrasiyanın qurucu qurultayına (1889) qatılıb. Qurultayda Clara, 8 Mart 1957-ci ildə toxuculuq fabrikində baş verən yanğında ölən qadın işçilərin xatirəsinə 8 Mart-ı “Beynəlxalq Qadınlar Günü” olaraq qeyd etmək təklifi verdi və təklif yekdilliklə qəbul edildi. Bəzi ölkələrdə qeyd edilməsinin qadağan edildiyi Beynəlxalq Qadınlar Günü 1960-cı illərin sonunda ABŞ-da qeyd olunmasının başlaması ilə gündəmə gəlib. Daha sonra Almaniyaya qayıtdı və 1892-1917-ci illərdə Ştutqartdan Sosialist qadın qəzetinin redaktoru oldu.