Gündəm » Marketerlərin Ramada otel-də "Marketinq Parti-Marti" adlı əyləncəli görüşü
Tarix : 2015-04-06 23:58:36 | Baxılıb : 1771

10 Yanvar 2015-ci ildə Azərbaycanın aktiv marketinq qruplarından biri olan “Marketinq Azərbaycan”ın 2015-ci ilin gəlişi, həmrəylik günü və qrupun yaranmasının 3-cü ilinə qədəm qoyması münasibətilə xüsusi əyləncəli bir proqram hazırladıq.

Görüşümüz əyləncə ağırlıqlı olsa da, mükafatlandırma mərasimləri, nitqlər, təqdimatlarla dolu olacaq. 5700 üzvü olan qrupun indiyədək keçirdiyi bütün tədbirlərdə çoxsaylı iştirak qeydə alınıb.

Bu dəfə də maksimum 300 nəfər yerimiz var. Ona görə də daha tez tərpənənlər iştirak edə biləcək. Tədbirimiz “Ramada otel Şıxov”da keçiriləcək. 17:00-22:00 aralığında baş tutacaq görüşümüzdə yemək menyumuz boldur:) Qrupun bu tədbiri tamamilə sosial xarakter daşıyır, biznes məqsədli deyildir. Tədbirin xərcləri dəstək olan şirkətlərin və üzvlərin köməyi ilə qarşılanacaq. Odur ki, hər hansı formada dəstək olmaq istəyən dost şirkətlər müraciət edə bilər. Qrupun tədbirində “brand-wall”da dəstək olan bütün şirkətlərin loqoları yer alacaq, adları səsləndiriləcək. Eyni zamanda dəstək olmaq istəyən şirkətlər müxtəlif nominasiyalar və oyunlar üzrə qalib olmuş şəxslərə öz hədiyyələrini də təqdim edə bilər.

Tarix: 10 Yanvar 2015
Tədbirdə iştirak haqqı - 40 azn
Son qeydiyyat tarixi - 25 Dekabr 2014
Bilet əldə etmək üçün - 055 221 13 21

İştirak üçün yalnız bilet əldə etmək lazımdır. Biletlər 1 həftə ərzində bir neçə satış nöqtəsi yaradılaraq satılacaqdır. Tədbirdə ancaq və ancaq giriş biletlədir, bütün biletlər uduşda iştirak edəcək, odur ki, biletinizin yanınızda olması Sizə faydalıdır. İLK 300 bilet satıldıqdan sonra bilet satışı və iştirak üçün qeydiyyat dayandırılacaqdır. Cəmi 300 nəfərlik yer imkanımız var.


comments powered by Disqus

Bu bölməyə aid digər videolar