Müsahibə » “2-ci WORLD Marketinq Günü” tədbirinin qonaqları ilə görüş (canlı yayım)
Tarix : 2014-09-21 12:50:00 | Baxılıb : 4072

22 Sentyabrda 14:00-da Yapı Kredi Bank Azərbaycan Hilton otelində “2nd WORLD Marketing Day: Care Your Customer” adlı tədbir keçirir. Tədbirin əsas məqsədi Bankın sıx əməkdaşlıq etdiyi və World Üzv Ticarət Obyekti adlandırdığı xidmət şəbəkəsi ilə ortaq müştərilərinə marketinq gedişləri vasitəsi ilə effektli xidmət göstərməkdir.

 

Qeyd edək ki, xidmət şəbəkəsinə parfümeriya, geyim, elektronika, kompüter və telefon, inşaat, turizm, restoran və digər sektorlarda aktiv şəkildə fəaliyyət göstərən Ticarət Obyektləri daxildir. Bankımıza tədbirlə bağlı ən çox müraciət edilən 3 sualın cavablarını aşağıda nəzərinizə çatdırırıq.

 

1. “2-ci WORLD Marketinq Günü” tədbirinə kimlər dəvətlidirlər?

 

Tədbirə giriş Yapı Kredi Bank Azərbaycan tərəfindən göndərilən dəvətnamə ilə həyata keçirilir. Dəvətnamələr əsasən Bankın əməkdaşlıq etdiyi World Üzv Ticarət Obyektlərinin rəhbər işçilərinə, marketoloqlarına və digər aidiyyatı şəxslərə, eyni zamanda, Bankın digər məhsulları ilə bağlı sıx əməkdaşlıq edən və Marketinq sahəsi ilə yaxından əlaqəsi olan fiziki və hüquqi şəxslərə təqdim edilmişdir. Onu da qeyd edək ki, tədbirin media dəstəkçisi tərəfindən tədbir canlı olaraq www.facemark.tv internet televiziya portalında yayımlanacaqdır. Qeyd edilən linkdən də tədbiri izləyə bilərsiniz.

 

2. Tədbirin əhəmiyyəti nədən ibarətdir?

 

Tədbirdə Azərbaycandan və Türkiyədən marketinq və kommunikasiya sahəsində yüksək təcrübəyə malik Ozan Kuşçuvə Emin Vəliyev çıxış edəcəklər. Spikerlərimiz bankçılıq sektoru ilə marketinq sahəsinin əməkdaşlığı, cari müştərilərə birdən çox məhsul və ya xidmət satma üsulu, müştərilərə məhsulla yanaşı ünsiyyət sata bilmə taktikası, müsbət müştəri təcrübəsinin yaradılması, Kontent Marketinq, Yeni və Ənənəvi marketinq vasitələri və digər mövzularınatoxunacaqlar. Əlavə olaraq bildirək ki, tədbirin sonunda kokteyl planlaşdırılır ki, burada da tədbir iştirakçıları üçün geniş “networking” fürsəti yaranacaqdır. 

 

3. Biletləri necə əldə edə bilərik?

 

Yuxarıda qeyd edildiyi kimi tədbirə yalnız Yapı Kredi Bank Azərbaycan tərəfindən dəvət olunan hüquqi və fiziki şəxslər dəvətlidirlər. Dəvətnamələr satılmır və paylanılması üçün hər hansı digər bir quruma həvalə edilməmişdir. Yapı Kredi Bank Azərbaycan facebookda fəaliyyət göstərən “Marketinq Azərbaycan” qrupu üzvlərinə xüsusi fürsət təqdim edir.

 

Belə ki, paylaşılan postun altında “Niyə Sadiqlik Proqramı?” mövzusunda ən çox 45 kəlimədən ibarət ən yaxşı rəy yazan 4 şəxsə dəvətnamə hədiyyə ediləcəkdir. Rəylər müəyyən edilmiş 4 Juri tərəfindən seçiləcəklər. Son rəy yazma müddəti isə 17 Sentyabr saat 23:59 olaraq müəyyən edilmişdir. Sonda isə qeyd etmək istərdik ki, tədbirdən bir gün öncə, yəni 21 Sentyabr 15:00-da tədbirdə çıxış edəcək Ozan Kuşçu və Emin Vəliyev facemark.tv internet televiziyasında qonaq olacaq və sualları cavablandıracaqlar.


comments powered by Disqus

Bu bölməyə aid digər videolar