FacemarkTV Haqqında
Tarix : 2013-01-10 08:00:00 | Oxunub : 3451

Haqqımızda

FMR TV Azərbaycanın ilk internet marketinq televiziyasıdır. Marketinqin daha geniş müstəvidə təbliği, maarifləndirmə, yenilik və innovasiyaların yerli bazarla əlaqələndirilməsi, tətbiqi üçün www.facemark.tv olaraq 10 yanvar 2013-cü ildən fəaliyyətə başlamışıq. FMR TV Facemark.az onlayn marketinq portalının layihələrindən biri olaraq AİR tərəfindən yaradılıb. Kanalın da adı bu səbəbdən Facemarkın qısaldılmış verisyası olan FMR sözcüyündən istifadə edilməklə FMR TV by AİR olaraq adlandırılıb.

İlk internet marketinq televiziyası olaraq qarşıdakı hədəflər böyükdür. Hələ ki, cəmi 3 rubrika ilə - “Marketinq Savaşı”, “Marketinqdən Danışır”, “Öyrətmirik, Paylaşırıq” bölmələri ilə fəaliyyət göstəririk.

“Marketinqdən Danışır” rubrikasında fərqli mövzularda ekspert rəyləri, təhlillər, marketinqin hər hansı bir sahəsilə bağlı araşdırmalar, fikirlər yer alacaqdır.

“Marketinq Savaşı” rubrikası isə əsasən müzakirə, debat, duel xarakteri daşıyır. Hər hansı bir mövzu ətrafında 2 və daha çox ekspert rəyləri, onların birgə müzakirəsi nəzərdə tutulub.

“Öyrətmirik, paylaşırıq” rubrikasında isə dünyada və Azərbaycanda marketinqə dair yeniliklərin, yeni trendlərin, yaradıcı reklam və konsepsiyaların təhlili yer alır.

FMR TV olaraq yaradılmasında göstərdiyi köməkliyə görə Marketing AİR komandasına, Video.az, Facemark.az və “İzmedia”ya təşəkkür edirik.


comments powered by Disqus